Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını ölkədən çıxarır

Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını Helsinkidən göndərmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Finlandiya hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.

“Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını ölkədən çıxarır”, – mətndə deyilir. Bəyanata görə, Finlandiya onları kəşfiyyat fəaliyyətində ittiham edir.

“Finlandiya Xarici İşlər Nazirliyi bu barədə Rusiya səfirini məlumatlandıracaq”, – məlumatda deyilir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Finlandiyanın Moskvadakı səfiri Antti Helanteryaya qarşılıqlı şəkildə konsulluqların ixtisar ediləcəyi barədə məlumat verib.

ƏvvəlkiAzərbaycan nümayəndə heyəti UNESCO-nun 9-cu Konfransında iştirak edib
NövbətiICAO-nun Avropa/Şimali Atlantika Bürosunun direktoru Bakıdadır