FHN: “Xankəndi yaxınlığında partlayışla bağlı xilasetmə işləri bitib, 48 nəfərin cəsədi çıxarılıb”

Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Bu barədə “Report”a FHN-dən bildirilib.

Həyata keçirilən əməliyyat nəticəsində FHN-in xilasediciləri tərəfindən 48 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, qüvvələr tərəfindən hadisə baş vermiş ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

ƏvvəlkiYevlaxda Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən növbəti görüş başa çatıb
NövbətiZəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib