Böyük Şor gölü ərazisində gizlədilmiş narkotik aşkarlanıb

Böyük Şor gölü ərazisində gizlədilmiş narkotik aşkarlanıb.

“Report” xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Əşrəfağa Azad oğlu Əlizadə tərəfindən Nərimanov rayonu Böyük Şor gölü ərazisində gizlədilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 918 qram olan tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiBatma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib
NövbətiPrezident İlham Əliyev Tacikistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib