Mədəniyyət

Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilir

Azərbaycanın xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilir. Türk.az-ın məlumatına görə, Bakı Musiqi Akademiyasında keçirilən vida mərasimində mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, bəstəkarın ailə üzvləri iştirak edirlər. Qeyd edək ki, uzun...
Prezident İlham Əliyev

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev mayın 6-da Azərbaycan mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 18 nəfər mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü...
26 Noyabr Azərbaycan kəlağayısı günü münasibəti ilə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində "Anam kəlağayılı bir muğamıydı..." adlı sərgi və konsert keçirilib. Konsertdən öncə baş tutan sərgidə Kəlağayı ev muzeyinin 200 qədimi kəlağayıları, Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzinin əl işləri, rəsm əsərləri, Tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovanın milli geyimləri, Azərbaycan Rəssamlar İttifaqının üzvü rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri, rəssam Sehran Allahverdinin "Kəlağayı" kompazisiyası, xalçaçı-rəssam Natiq Nəcəfzadənin rəsm əsərləri, Güllü Eldar Tomarlının toxuduğu əl işləri sərgi iştirakçılarına nümayiş etdrilib. Konserti Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, konsertin təşkilatçısı, şair-publisist Güllü Eldar Tomarlı açaraq tamaşaçıları salamlayıb və vətənin ərazi bütövlüyü, azadlığı, suverinliyi uğrunda canlarını qurban vermiş şəhidləri anıb. Güllü Eldar Tomarlı bildirdi ki, ilk dəfə olaraq Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi 2023-cü ildə 1 Noyabrdan - 26 Noyabr "Azərbaycan Kəlağayısı" gününədək bölgələrdə "Kəlağayı günləri" qeyd edilib. Kəlağayı günləri Naxçıvan, Tovuz, Gəncə, Naftalan, Sumqayıt, Şamaxı, İsmayıllı, Şəki, Qazax və Bakı şəhərlərində təntənəli şəkildə qeyd edilib. Konsertdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, AYB-nin üzvü, Gürcüstanın '' Şərəf'' ordenli şairi , “Sazın Sözün Butası” təşkilatının sədri Səadət Buta, gənc şairlər Vüsal Ağa, Gülnar Ümid, Elşad Xaqan, yazıçı, ədəbiyyatşünas Turan İbrahimov, "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərli, bəstəkar, musiqişünas, şairə Aysel Kərim, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin üzvləri - Lilpar Qəzənfər, Mətanət UluŞirvanlı, Brilyant Atəş, Lalə İsmayıl, Natəvan Əliyeva, Yasəmən Möhübbətqızı, Könül Nuriyeva İbrahimsoy, Kəmalə və s.çıxış edərək Azərbaycanın milli baş örtüyü olan Kəlağayı haqqında maraqlı fikirlərini və təsuratlarını tamaşaçılarla bölüşüblər. Azərbaycanın Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist Nuriyyə Hüseynova, müğənni Arif Mehmandost, "Səma" rəqs qrupu, Şəki-Zaqatala Regional Mədəniyyət idarəsinin 4 nömrəli Uşaq Musiqi Məktəbinin xor şöbəsinin müdri Fərqanə Salamova, gənc ifaçı Fatimə Hümmətova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin "Xəzər" xor kollektivi, xorun rəhbəri Əməkdar müəllim, Dosent Təranə Yusifova, müğənni Yaqut Almaz, aşıqlardan Ramin Qarayev, aşıq Rəfiqə Göyçəli, aşıq Avdı Musayev birbirindən maraqlı çıxışlar ediblər. Konsertdə vətən müharibəsinin iştirakçıları, qazilər, şəhid ailələri iştirak ediblər. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin mətbuat katibliyi

26 Noyabr Azərbaycan Kəlağayısı günü qeyd edilib

26 Noyabr Azərbaycan kəlağayısı günü münasibəti ilə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində "Anam kəlağayılı bir muğamıydı..." adlı sərgi və konsert keçirilib. Konsertdən...
XI Qəbələ Beynəlxalq Musiqi Festivalı

XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

Ayrı-ayrı ölkələrdən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edir Avqustun 1-də Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən XI Qəbələ...
Azərbaycan Dövlət Akademik Filarmoniyası

Dövlət Akademik Filarmoniyasının dekabr repertuarı

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının dekabr ayına olan repertuarı açıqlanıb. AZƏRTAC xəbər verir ki, filarmoniya tamaşaçılar üçün zəngin proqram hazırlayıb. Proqramı təqdim edirik: 7 dekabr - Bakı Kamera Orkestrinin konserti 8 dekabr - Ümummilli...

Bülbülün xatirəsi yad olunub

Bu gün Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün (1897-1961) xatirə günüdür. Türk.az-ın xəbərinə görə, bu münasibətlə Azərbaycanın Rusiyadakı səfiri, sənətkarın oğlu Polad Bülbüloğlu, Bəstəkarlar İttifaqının sədri, Xalq...

Tərcümə Mərkəzi “Dünyanın hörümçək toru”nun onlayn versiyasını hazırlayıb

Azərbaycan RespublikasıNazirlər Kabineti yanında Tərcümə Mərkəzinin son nəşrlərindən olan “Dünyanın hörümçək toru” (Tomas Vulf) kitabının onlayn versiyası Mərkəzin “Açıq kitab” elektron kitabxana portalına yerləşdirilib. Tərcümə Mərkəzindən APA-ya verilən məlumata görə, kitaba yazıçının müxtəlif...
Milli Azərbaycan Tarixi Muzeyi

Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi qeyd olunacaq

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. "Report"un xəbərinə görə, sərəncamda deyilir ki, 2020-ci ilin iyun ayında Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100...
İmadəddin Nəsiminin 650 illik yubileyi

Vaşinqtonda amerikalı bəstəkarın Nəsiminin “Sığmazam” qəzəlinə bəstələdiyi musiqinin premyerası olub

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın dahi ədibi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib. Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurasının Sönməz Məşəl İctimai Birliyi ilə birgə təşkil etdiyi tədbirə yerli ictimaiyyət, burada...
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi

Şuşada “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirilib

Mayın 12-də Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, “Şuşa şəhərinin 2023-cü il üçün...
- reklam -