Bülbülün xatirəsi yad olunub

Bu gün Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün (1897-1961) xatirə günüdür.

Türk.az-ın xəbərinə görə, bu münasibətlə Azərbaycanın Rusiyadakı səfiri, sənətkarın oğlu Polad Bülbüloğlu, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Xalq yazıçısı Elçin, mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda sənətkarın məzarını ziyarət ediblər. Sənətkarın məzarı üstünə tər çiçək dəstələri qoyularaq xatirəsi hörmətlə yad olunub.

Tanınmış bəstəkar və müğənni, Xalq artisti Polad Bülbüloğlu atasının xatirəsinə göstərilən ehtirama görə hər kəsə minnətdarlığını bildirib. Qeyd edib ki, Bülbülün vəfatından illər ötsə də, onun adı xalqın qəlbində yaşayır, səsi və sənəti sevilir. Vurğulanıb ki, Azərbaycan dövləti Bülbülün bənzərsiz sənətinə hər zaman yüksək qiymət verib.

Xatırladaq ki, Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verən Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov)1897-ci il iyunun 22-də musiqi və mədəniyyət beşiyimiz Şuşa şəhərində anadan olub. Xalq mahnıları və romansların (“Sənsiz”, “Sevgili canan” – Ü.Hacıbəyli, “Ölkəm” – A.Zeynallı və s.), operalarda (“Koroğlu”, “Əsli və Kərəm”) baş partiyaların unudulmaz ifaçısı kimi şöhrət qazanıb. 1931-ci ildə Milan Konservatoriyasını bitirən sənətkar Azərbaycan Dövlət Konservatoriyasının professoru olub. O, həmçinin xalq musiqisini öyrənən elmi tədqiqat kabinetini yaradıb. 1961-ci ilin 26 sentyabr tarixində vəfat edib.

Əvvəlki“Azərbaycan və MİKTA ölkələri (Meksika, İndoneziya, Koreya Respublikası, Türkiyə, Avstraliya) geniş əməkdaşlıq spektrinə malikdir. Belə ki, Azərbaycan və MIKTA arasında ticarət dövriyyəsi 2013-2018-ci illər ərzində 3,7 milyard dollar təşkil edib”. “Report” xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini MİKTA ölkələrinin Bakıdakı film festivalına həsr olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu gün MİKTA ölkələrinin ümumi ÜDM-i, təxminən, 6,2 milyard dollar təşkil edir: “Bu, həcmə görə dünyada dördüncü olmaq deməkdir. Eyni zamanda, bu ölkələrdə dünya əhalisinin dörddə biri yaşayır”. Qeyd edək ki, “orta güclər” adlandırılan beş ölkənin birləşməsi olan MİKTA-nın yaradılması barədə razılıq 2013-cü il sentyabrın sonunda BMT Baş Assambleyasının 68-ci sessiyası zamanı Meksika, İndoneziya, Koreya Respublikası, Türkiyə və Avstraliya xarici işlər nazirlərinin iclasında əldə edilib.
NövbətiTrampın Zelenski ilə telefon danışğı – demokratların bostanına Rusiya daşı – ŞƏRH