26 Noyabr Azərbaycan Kəlağayısı günü qeyd edilib

26 Noyabr Azərbaycan kəlağayısı günü münasibəti ilə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində “Anam kəlağayılı bir muğamıydı…” adlı sərgi və konsert keçirilib.

Konsertdən öncə baş tutan sərgidə Kəlağayı ev muzeyinin 200 qədimi kəlağayıları, Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzinin əl işləri, rəsm əsərləri, Tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovanın milli geyimləri, Azərbaycan Rəssamlar İttifaqının üzvü rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri, rəssam Sehran Allahverdinin “Kəlağayı” kompazisiyası, xalçaçı-rəssam Natiq Nəcəfzadənin rəsm əsərləri, Güllü Eldar Tomarlının toxuduğu əl işləri sərgi iştirakçılarına nümayiş etdrilib.

Konserti Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, konsertin təşkilatçısı, şair-publisist Güllü Eldar Tomarlı açaraq tamaşaçıları salamlayıb və vətənin ərazi bütövlüyü, azadlığı, suverinliyi uğrunda canlarını qurban vermiş şəhidləri anıb. Güllü Eldar Tomarlı bildirdi ki, ilk dəfə olaraq Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi 2023-cü ildə 1 Noyabrdan – 26 Noyabr “Azərbaycan Kəlağayısı” gününədək bölgələrdə “Kəlağayı günləri” qeyd edilib. Kəlağayı günləri Naxçıvan, Tovuz, Gəncə, Naftalan, Sumqayıt, Şamaxı, İsmayıllı, Şəki, Qazax və Bakı şəhərlərində təntənəli şəkildə qeyd edilib.

Konsertdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, AYB-nin üzvü, Gürcüstanın ” Şərəf” ordenli şairi , “Sazın Sözün Butası” təşkilatının sədri Səadət Buta, gənc şairlər Vüsal Ağa, Gülnar Ümid, Elşad Xaqan, yazıçı, ədəbiyyatşünas Turan İbrahimov, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, bəstəkar, musiqişünas, şairə Aysel Kərim, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin üzvləri – Lilpar Qəzənfər, Mətanət UluŞirvanlı, Brilyant Atəş, Lalə İsmayıl, Natəvan Əliyeva, Yasəmən Möhübbətqızı, Könül Nuriyeva İbrahimsoy, Kəmalə və s.çıxış edərək Azərbaycanın milli baş örtüyü olan Kəlağayı haqqında maraqlı fikirlərini və təsuratlarını tamaşaçılarla bölüşüblər.

Azərbaycanın Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist Nuriyyə Hüseynova, müğənni Arif Mehmandost, “Səma” rəqs qrupu, Şəki-Zaqatala Regional Mədəniyyət idarəsinin 4 nömrəli Uşaq Musiqi Məktəbinin xor şöbəsinin müdri Fərqanə Salamova, gənc ifaçı Fatimə Hümmətova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin “Xəzər” xor kollektivi, xorun rəhbəri Əməkdar müəllim, Dosent Təranə Yusifova, müğənni Yaqut Almaz, aşıqlardan Ramin Qarayev, aşıq Rəfiqə Göyçəli, aşıq Avdı Musayev birbirindən maraqlı çıxışlar ediblər.

Konsertdə vətən müharibəsinin iştirakçıları, qazilər, şəhid ailələri iştirak ediblər.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin
mətbuat katibliyi

ƏvvəlkiŞamaxıda II Üzüm və Şərab Festivalı başa çatıb
NövbətiPrezident İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub