Dövlət Akademik Filarmoniyasının dekabr repertuarı

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının dekabr ayına olan repertuarı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, filarmoniya tamaşaçılar üçün zəngin proqram hazırlayıb. Proqramı təqdim edirik:

7 dekabr – Bakı Kamera Orkestrinin konserti

8 dekabr – Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

9 dekabr – “Cartier” firmasının tədbiri (Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri)

12 dekabr – Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım gecəsi (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

13 dekabr – “Yaşayan ənənə” Qaraçay-Çərkəz Respublikasının Dövlət Filarmoniyasının artistlərinin iştirakı ilə konsert (“Elbrus” Dövlət Rəqs Ansamblı)

14 dekabr – Xalq artisti, bəstəkar Tofiq Bakıxanovun yaradıcılıq fəaliyyətinin 70 illiyinə həsr olunmuş konsert (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri)

19 dekabr – Xalq artisti, müğənni Tükəzban İsmayılovanın 100 illiyinə həsr olunmuş konsert (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri)

20 dekabr – Dahi sənətkar Bülbülün xatirəsinə həsr olunmuş Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalı çərçivəsində “Bülbül Vokal Məktəbi” adlı konsert (Opera və Balet Teatrının Simfonik Orkestri)

21 dekabr – Dahi rus bəstəkarı Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş konsert (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

22 dekabr – Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert. Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi məktəbi (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri)

23 dekabr – Əməkdar artist, tar ifaçısı Əliağa Sədiyevin konserti

26 dekabr – Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində konsert (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

27 dekabr – RED events təqdimatında “Harry Potter” (Mystery Ensemble).

ƏvvəlkiMonitorinq Mərkəzinin direktoru: 52 saytda monitorinq aparılıb
NövbətiPrezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib