Hərbi

HHM bölmələri

Hava hücumundan müdafiə bölmələrinin peşəkarlığı artırılır

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına uyğun olaraq hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı məşğələləri keçirilib. Şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilən təlimdə döyüş...
atəşkəs rejimi

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Sentyabrın 6-sı saat 19:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib...
Müdafiə Nazirliyi

Qeyri-qanuni erməni silahlı dəstələrinin fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

Sentyabrın 5-i saat 19:35 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib...
Müdafiə Nazirliyi

Ermənistan silahlı qüvvələri zərbə PUA-sı tətbiq edib, daha iki hərbçimiz yaralanıb

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nəticədə...
Müdafiə Nazirliyi

Azərbaycan Ordusunun mövqeləri Xocalı və Ağdam istiqamətlərində atəşə tutulub

Avqustun 28-i saat 19:20-dən 20:55-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan...
Müdafiə Nazirliyi

Qeyri-qanuni erməni silahlı dəstələrinin gücləndirmə tədbirlərinin qarşısı alınıb

Avqustun 21-də saat 19:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri ilə üzbəüz mövqelərini gücləndirmək məqsədilə "Ural" markalı hərbi nəqliyyat...
Müdafiə Nazirliyi

Qanunsuz erməni dəstələrinin Xocalı istiqamətində fortifikasiya qurğuları hazırlamaq cəhdlərinin qarşısı alınıb

Avqustun 19-u saat 16:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında uzunmüddətli fortifikasiya...
Müdafiə Nazirliyi

Ordumuzun Ermənistanın mövqelərini atəşə tutması barədə məlumat yalandır

Avqustun 17-si saat 21:15-dən 21:30-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Bu barədə Azərbaycanın Müdafiə...

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 16-sı saat 18:20-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun  Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini  bir neçə dəfə müxtəlif...
Müdafiə Nazirliyi

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 16-sı saat 17:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə...
- reklam -