Dünya

İtaliyalı modelyer Roberto Kavalli

İtaliyalı modelyer Roberto Kavalli vəfat edib

İtaliyalı modelyer Roberto Kavalli 83 yaşında vəfat edib. “Report” “Corriere della Sera”ya istinadən xəbər verir ki, sənətkar uzun sürən xəstəlikdən əziyyət çəkirdi. Kavalli moda dünyasında özgün, parlaq üslubu ilə seçilirdi.
ballistik raket

Rusiya qitələrarası ballistik raketin sınaq buraxılışını həyata keçirib

Rusiyanın Kapustin Yar poliqonundan qitələrarası ballistik raketin sınaq buraxılışı həyata keçirilib. "Report"un məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Həştərxan vilayətindəki 4-cü poliqondan qitələrarası ballistik raket uğurla buraxılıb. "Əldə edilən...
Qazaxıstanda səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Prezident Kasım-Jomart Tokayev ilə görüşüb

Gürcüstan parlamentinin sədri Qazaxıstan Prezidenti ilə Orta Dəhlizin perspektivlərini müzakirə edib

Qazaxıstanda səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Prezident Kasım-Jomart Tokayev ilə görüşüb. Bu barədə AZƏRTAC-a Gürcüstan parlamentinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüşdə Gürcüstan ilə Qazaxıstan arasında tarixi dostluq münasibətləri qeyd olunub. Prezident...
Çıonq Mi Lan

Vyetnamlı milyarder qadın bankın pulunu mənimsəməyə görə ölüm cəzasına məhkum edilib

Vyetnam məhkəməsi “Van Thinh Phat” şirkətinin rəhbəri xanım Çıonq Mi Lanı fırıldaqçılıqda, bankçılıq qaydalarını pozmaqda və rüşvət verməkdə təqsirli bilərək ölüm cəzasına məhkum edib. AZƏRTAC Vyetnam mediasına istinadla xəbər verir ki, Hoşimin Şəhər...
Yaponiya

Yapon yeninin məzənnəsi son 34 ilin ən aşağı həddinə düşüb

Aprelin 11-də Yaponiyanın milli valyutası olan yenin məzənnəsi Nyu-Yorkda keçirilən hərraclarda 1990-cı ilin iyunundan bəri ən aşağı həddə düşüb. Nyu-York hərraclarında 1 ABŞ dollarının mübadiləsi 153,14-153,24 yen, Tokioda isə 151,84-151,85 yen...
Ukrayna

Xarkov vilayətinin 47 yaşayış məntəqəsindən əhali məcburi təxliyə olunacaq

Xarkov vilayətində uşaqlı ailələr Rusiya ilə sərhədə yaxın yerləşən 47 yaşayış məntəqəsindən məcburi şəkildə təxliyə olunacaq. AZƏRTAC xəbər verir ki, bu barədə Xarkov vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat yayıb. Onun sözlərinə görə,...
kosmos

ABŞ kosmosda silahların yerləşdirilməsini qadağan edən sənədin yaradılmasına mane olur

ABŞ və onun müttəfiqləri kosmosun silahlı qarşıdurma meydanına çevrilməsinin qarşısını almaq üçün nəzərdə tutulmuş sənədin hazırlanmasına mane olur. “Report” xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfirliyinin bəyanatında deyilir. “Xatırladırıq ki, müttəfiqlərinin dəstəyi ilə...
Rusiya XİN

Rusiya XİN ABŞ-Aİ-Ermənistan görüşü ilə bağlı bəyanat yayıb

Moskva aprelin 5-də ABŞ-Avropa İttifaqı-Ermənistan formatında Brüsseldə keçirilən görüşü Cənubi Qafqazı geosiyasi qarşıdurmaya sürükləmək üçün “kollektiv Qərb”in növbəti cəhdi kimi qiymətləndirir. AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (RF...
Paris

“Paris-2024”: Açılış mərasiminin texniki sınağı Senadakı vəziyyətlə əlaqədar təxirə salınıb

“Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasiminin texniki sınağı təxirə salınıb. AZƏRTAC xəbər verir ki, bu barədə İdman, Olimpiya və Paralimpiya Oyunları naziri açıqlama verib. Onun sözlərinə görə, bu cür qərarın qəbul olunmasına güclü yağışlar...
Sarkis Qalstyan

BQXC-nin müşayiəti ilə Xankəndidən gedən erməni Ermənistanda həbs edilib

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin (BQXC) müşayiəti ilə Azərbaycanın Xankəndi şəhərindən Ermənistana aparılan Sarkis Qalstyanı və həyat yoldaşını Gorusda saxlayıblar. “Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti...
- reklam -