“Baku Decides” Gənclərin I İqlim Danışıqları” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilir

Yanvarın 29-da “Baku Decides” Gənclərin I İqlim Danışıqları” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, konfrans Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsindən irəli gələn vəzifələrin həlli məqsədilə yanvarın 29-dan fevralın 1-dək baş tutacaq.

Konfransda ətraf mühit, ekologiya, kənd təsərrüfatı, enerji və iqlim dəyişiklikləri sahələrində fəaliyyət göstərən 70-dən çox yerli, xarici dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. BMT-nin Gənclər Ofisindən İqlim üzrə Məşvərət Şurasının rəsmisinin də qatıldığı tədbir “Baku Decides” Gənclər Bəyənatının qəbulu ilə yekunlaşacaq.

ƏvvəlkiƏlahiddə Ümumqoşun Orduda müşavirə keçirilib
NövbətiRomada Ermənistanın mina terroruna qarşı etiraz aksiyası təşkil edilib