Bakıda qatar taksi ilə toqquşub

Zirə qəsəbəsində (Qala yolu) qatar taksini vurub.

“Report” xəbər verir ki, ilkin məlumata görə hadisə nəticəsində biri qadın olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov “Report”a bildirib ki, hadisə ilə bağlı 12.44 radələrində çağırış daxil olub: “Hazırda əraziyə göndərilən 5 həkim briqadası hadisə yerində işləyir. Yaralıların vəziyyətləri ağırdır”.

ƏvvəlkiGürcüstan parlamentinin sədri və Türkiyə səfiri regiondakı vəziyyəti müzakirə ediblər
NövbətiPrezident İlham Əliyev Fransanın İqtisadiyyat və Maliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib