Azərsutikinti Xəstəxanasının korpusunda yanğın baş verib

Bakıda Babək prospektində yerləşən yataqxanada yanğın baş verib.

“Report” xəbər verir ki, hadisə yerinə yanğınsöndürən və təcili yardım maşınları gəlib.

Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, hadisə zamanı 45 yaşında bir kişi qorxaraq özünü binanın 3-cü mərtəbəsindən aşağı atıb. Həmin şəxs təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Yanğın söndürülüb.

ƏvvəlkiAzərbaycanlı mütəxəssislərin hazırladığı layihələr beynəlxalq müsabiqədə “Çempion” oldu
NövbətiMonitorinq insidentsiz başa çatıb