Azərbaycanlı şagirdlər ABŞ-da beynəlxalq olimpiadada iştirak edirlər

Azərbaycan məktəblilərindən ibarət istedadlı şagirdlər ABŞ-ın Nyu-York ştatında keçirilən Beynəlxalq Kopernikus Olimpiadasında iştirak edirlər.

“Global Olympic Center”dən “Report”a bildirilib ki, onlar riyaziyyat fənni üzrə qlobal mərhələdə ölkəmizi təmsil edirlər.

Azərbaycandan yarışmaya müxtəlif yaş qrupundan olan 60 şagird yollanıb. Onlar 5 kateqoriya üzrə beynəlxalq turnirdə 22 ölkə məktəbliləri ilə yarışacaq.

Kolumbiya Universitetində təşkil olunan açılış mərasimində komandamız Azərbaycanın Dövlət Himninin sədaları altında səhnəyə çıxıblar.

Olimpiadanın qlobal mərhələsi bu gün, mükafatlandırma mərasimi isə sabah baş tutacaq.

ƏvvəlkiAraz çayında biri uşaq olmaqla 2 nəfər batıb
NövbətiAzərbaycan ilə Ermənistan arasında delimitasiya üzrə komissiyaların dördüncü görüşü keçirilib