Azərbaycanla ABŞ arasında ikitərəfli hərbi əməkdaşlıq müzakirə edilib

Sentyabrın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini xanım Saşa Beykerin təşəbbüsü ilə telefon danışığı olub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Tərəflər ölkələrimiz arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

ƏvvəlkiƏrdoğan: Azərbaycanın Qarabağdakı ermənilərə münasibəti hər cür tərifdən üstündür
NövbətiKanada parlamentinin spikeri nasisti təriflədikdən sonra istefa verib