Azərbaycanın bu il 19 ölkəyə ixrac etdiyi neftin həcmi açıqlandı

Bu ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 3 774 540 min ABŞ dolları dəyərində 6 045 069,15 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Trend-in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə – red.) ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 822 483,44 min dollar dəyərində 1 354 226,01 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Yanvar-iyul aylarında bu ölkəyə 666 499,46 min dollar dəyərində 1 122 457,35 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 19 ölkəyə 9 444 800,48 min dollarlıq 15 540 323,64 ton neft ixrac edib.

Azərbaycanın bu ilin yanvar-iyul aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin məbləğinə görə) təqdim edirik:

# Ölkələr Məbləğ, min $ Miqdar, ton
Cəmi 9 444 800.48 15 540 323.64
1 İtaliya 3 774 540 6 045 069.15
2 İsrail 822 483.44 1 354 226.01
3 Hindistan 666 499.46 1 122 457.35
4 İspaniya 644 665.26 1 024 351.02
5 Türkiyə 592 582.64 1 044 386.97
6 Çexiya 524 628.61 906 430.23
7 Almaniya 406 757.88 662 321.55
8 İrlandiya 366 641.18 630 056.2
9 Xorvatiya 306 509.08 538 321.21
10 Yunanıstan 292 693.52 474 980.08
11 Rumıniya 233 767.72 385 951.65
12 Vyetnam 165 107.75 276 935.99
13 Avstriya 152 155.74 266 568.71
14 Fransa 118 639.77 199 006.72
15 Böyük Britaniya 111 679.38 195 128.34
16 İndoneziya 88 665.69 134 153.29
17 Sinqapur 87 786.4 138 338.45
18 Portuqaliya 62 898.43 92 952.72
19 Tailand 26 098.53 48 688.02
ƏvvəlkiFHN əyləncə mərkəzində təlim keçirib
NövbətiBakının havasında tozun miqdarı normadan yüksək olub