Bakının havasında tozun miqdarı normadan yüksək olub

Son iki gün ərzində Bakı və Abşeron yarımadasının atmosfer havasında toz müşahidə olunur.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə edilmiş məlumatların təhlilinə əsasən əgər ayın 13-14-də tozun konsentrasiyası normadan 1,3-1,8 dəfə yüksək olubsa, hal-hazırda havada tozun miqdarı 2.5 dəfə normanı aşıb.

Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir.(İran ərazisində müşahidə olunan toz fırtınasının nəticəsi)

ƏvvəlkiAzərbaycanın bu il 19 ölkəyə ixrac etdiyi neftin həcmi açıqlandı
NövbətiKəşfiyyat-diversiya qrupunun saxlanılan üzvünün şəxsiyyəti müəyyən edilir