Sabahdan Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 09:00-dan Suraxanı rayonundakı 14 İyul, 10:00-dan Xəzər rayonundakı Sergey Yesenin, 18:00-dan isə Nəsimi rayonundakı Əbdülvahab Salamzadə küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Bu müddətdə hərəkət iştirakçılarından alternativ yollardan istifadə etmələri və yarana biləcək müvəqqəti narahatlığa anlayışla yanaşmaları xahiş olunur.

Əvvəlki“Comic Con Astana 2026” festivalını rekord sayda insan ziyarət edib
NövbətiPrezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib