Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl və bürünc medallar qazanıblar

Misirin Qahirə şəhərində təşkil olunan “Pharaoh’s Cup” beynəlxalq turnirində aerobika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Vladimir Dolmatov (fərdi proqram) qızıl, Mədinə Mustafayeva (fərdi proqram) isə bürünc medal qazanıb.

Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Yeniyetmələr arasında komandamızın üzvləri Dilarə Qurbanova və Sara Əlixanlı fərdi proqramda finala vəsiqə əldə ediblər.

ƏvvəlkiDiasporla İş üzrə Dövlət Komitəsinin sədri simpoziumda çıxış edib
NövbətiPutin və Afrika liderləri Ukrayna üzrə dialoq barədə razılığa gəliblər