Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar

Azərbaycan gimnastları Portuqaliyanın Kantanhede şəhərində aerobika gimnastikası üzrə keçirilən 12-ci “Cantanhede International Open Competition 2024” beynəlxalq turnirində ikinci yeri tutublar.

“Report” xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Xədicə Quliyeva, Arzu Ağayeva və Leyla Bejanovadan ibarət heyət gümüş medal qazanıb.

ƏvvəlkiBakıda 11 ölkənin iştirakı ilə beynəlxalq turnir keçiriləcək
NövbətiMacarıstan XİN rəhbəri: Avropa İttifaqı ölkələri Ukraynaya qoşun göndərə bilərlər