Aİ səfirindən Azərbaycan jurnalistlərinə təbrik: “Azad media müasir cəmiyyətlərin mahiyyətidir”

Azad və müstəqil media müasir cəmiyyətlərin mahiyyətidir.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko tviter hesabında yazıb.

“Azərbaycan jurnalistləri və media işçilərini peşə günü münasibətilə təbrik edirik! Azad və müstəqil media müasir cəmiyyətlərin mahiyyətidir və onların mühüm işlərində müdafiəyə, dəstəyə və təqdirə layiqdir!”, – Aİ səfiri qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür. 148 il öncə – 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

ƏvvəlkiUkraynanın keçmiş Prezidentinin Moskvada əvvəllər yaşadığı evə silahlı basqın olub
NövbətiHakan Fidan ilə İran XİN rəhbəri arasında telefon danışığı baş tutub