Macarıstanda elektromobil və hibridlərin sayında sürətli artım müşahidə edilir

Macarıstan Avropa İttifaqının (Aİ) yaşıl enerjiyə keçid strategiyasına öz töhfəsini verir. Bu, ölkədə elektromobillərin getdikcə artan sayında da özünü büruzə verir.

AZƏRTAC xəbər verir ki, 2024-cü ilin yanvarına olan məlumata əsasən, Macarıstanda 88 mindən çox elektromobil və hibrid avtomobil onlara pulsuz parkinq və ictimai nəqliyyat zolaqlarından istifadə kimi xüsusi üstünlüklər verən açıq-yaşıl rəngli nömrə nişanları ilə hərəkət edir. Bu barədə ölkənin Energetika Nazirliyi məlumat verib.

Müqayisə üçün qeyd edək ki, dörd il bundan əvvəl onların sayı cəmi 17 min olub, hazırda isə bu rəqəm beş dəfə artıb.

Nazirliyin məlumatına əsasən, təkcə elektriklə işləyən avtomobillərin sayında (hibridlər bu siyahıya daxil deyil) eyni dövr üzrə artım altı yarım dəfə çox olub. Bu ilin fevral ayında isə onların sayı 50 mini ötüb.

ƏvvəlkiHaitidə silahlı dəstələr prezident sarayına hücum ediblər
NövbətiBirinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə paylaşım edib