Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini bir il uzadıb

Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini rəsmi şəkildə bir il uzadıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Şuranın açıqlamasında bildirilir: “Aİ sammitinin qərarına uyğun olaraq, Rusiyaya qarşı iqtisadi sanksiyaların müddəti bir il uzadılıb”.

18–19 iyun tarixlərində Brüsseldə keçirilən zirvə görüşündə Aİ liderləri Rusiyaya qarşı əsas iqtisadi sanksiyaların müddətinin 2014-cü ildən bəri tətbiq olunan hər altı aydan bir uzadılması praktikasından imtina edərək, bundan sonra onların ildə bir dəfə uzadılması barədə qərar qəbul ediblər.

ƏvvəlkiHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb
NövbətiVenesuelada zəlzələ nəticəsində ölənlərin sayı 188 nəfərə çatıb