Ağdam, Bərdə və Tərtər rayonlarında şəhid ailələri, müharibə əlilləri və veteranları ilə görüşlər keçirildi

Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Təfəkkür Gənclər Assosiasiyasının təşkilatçılığı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB, Gənc Nəslin Maarifləndirilməsi İctimai Birliyinin tərəfdaşlığı ilə “Müharibə iştirakçılarının maarifləndirilməsinə dəstək” layihəsi uğurla həyata keçirilir.

Layihə çərçivəsində Ağdam, Bərdə və Tərtər rayonlarında rayon İcra Hakimiyyətlərinin təşkilati dəstəyi ilə şəhid ailələri, müharibə əlilləri, veteranları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüşlər keçirildi.

Tədbirlər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

“Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası” İctimai Birliyinin sədri Emin Şirvanzadə tədbiri açıq elan edərək layihənin məqsədi barədə məlumat verdi. Daha sonra layihənin eksperti, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyin sədri Emin Həsənli dövlətimizin bu kateqoriyadan olan vətəndaşlara xüsusi yüksək həssaslıqla yanaşdığını vurğulayaraq şəhid olan hərbi qulluqçularımızın ailələrinə, müharibə əlili və veteranlarına dövlətimiz tərəfindən heç bir fərq qoyulmadığını ifadə etdi. Çıxışına davam edən natiq ölkəmizin bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı hər zaman dövlətimizin əsas prioriteti olduğunu, birbaşa Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verildiyini və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirildiyini vurğuladı. Bildirdi ki, bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı, onların sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi bu kateqoriyadan olan vətəndaşlarımızın daim diqqətdə saxlanıldığının bariz göstəricisidir.

Layihənin sosioloqu, ehtiyatda olan kapitan, ikinci Qarabağ müharibəsi ştirakçısı Taleh Əliyev çıxışı zamanı dövlətin şəhid ailələrinə , qazilərə diqqət və qayğısını hər zaman yüksək səviyyədə olduğunu və artan diaqonal üzrə hərəkət etdiyini iştirakçıların nəzərəinə çatdırdı.

Tədbirlərdə digər çıxış edənlər şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının problemlərinin həll edilməsinin cəmiyətimizdə vətənpərvərlik hissinin güclənməsinə, dövlətimizə inamın artırılmasına xidmət etdiyini vurğuladılar.

Keçirilən görüş qarşılıqlı diskusiya ilə davam etdirildi, tədbir iştirakçılarını maraqlandıran suallara cavab verildi.

Tədbirlərdə Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri ilə yanaşı Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə, Rayon İcra Hakimiyyətlərinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müvafiq əməkdaşları iştirak etdilər.

ƏvvəlkiADB Azərbaycana fəlakət risklərini digər CAREC ölkələri ilə birgə sığortalamağı təklif edir
NövbətiAzərbaycan boksçusu Avropa Oyunlarında erməni rəqibinə qalib gəlib