ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib.

Bu barədə “Report”un Qarabağ bürosuna Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə, ANAMA-nın əməkdaşı, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.

O, hadisə yerindən təxliyə edilərək rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.

ƏvvəlkiRusiyanın daha bir iri hərbi gəmisi məhv edilib
NövbətiMSK seçkiqabağı təşviqat üçün bir televiziyaya və dörd qəzetə ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq