ABŞ “Hawk” raketlərini Tayvandan Kiyevə göndərir

ABŞ əvvəllər Tayvana satdığı istismardan çıxarılan “Hawk” raketlərini geri almağı və onları Ukraynaya yönləndirməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Tayvanın “China Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, iki ölkənin hakimiyyət orqanları 2022-ci ildə yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə məsləhətləşmələrdən sonra satınalmaya razılaşıblar.

Məqalədə qeyd edilir ki, belə bir transfer ABŞ administrasiyası tərəfindən daha əvvəl elan edilmiş 2,1 milyard dollarlıq hərbi yardım paketinin bir hissəsi kimi həyata keçirilməlidir.

MIM-23 “Hawk” qoşunları qorumaq üçün nəzərdə tutulmuş yarı stasionar orta mənzilli hava hücumundan müdafiə sistemidir.

ƏvvəlkiBeynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasını rədd edib
Növbətiİtaliyanın hava məkanı iflic olub