İtaliyanın hava məkanı iflic olub

İtaliyada aeroport işçiləri kütləvi tətəilə başlayıb.

Trend-in məlumatına görə, ölkənin aviasektorunda dörd böyük şirkətin həmkarlar ittifaqının (Filt Cgil, Fit-Ci, Uiltrasporti, Ugl Ta) çağırışı ilə işçilər və bəzi pilotlar 10.00-18.00 saatlarında 8 saatlıq tətil elan edib.

İşçilər kütləvi tətilə səbəb kimi iş müqavilələrinin 6 ildir yenilənməməsini göstərib.

Tətil nəticəsində Romanın Fiumicino aeroportunda 140 uçuşun, Milano Malpensa aeroportunda da 150 uçuşun ləğv edildiyi, ümumilikdə 250 min insanın bundan təsirlənəcəyi bildirilib.

ƏvvəlkiABŞ “Hawk” raketlərini Tayvandan Kiyevə göndərir
NövbətiViləşçay su anbarının II növbəsinin tikintisi layihəsinin ekoloji qiymətləndirilməsinə dair ictimai dinləmə keçirilib