ABŞ-a məxsus hərbi təyyarənin qəzaya uğraması nəticəsində beş hərbçi ölüb

ABŞ-nin Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində beş hərbçi həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Qeyd olunub ki, Aralıq dənizi üzərində təyyarələr yanacaq doldurarkən toqquşma baş verib.

Məlumatına görə, təyyarənin göyərtəsində olan beş hərbçinin hamısı həlak olub.

ƏvvəlkiBirinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
NövbətiMingəçevirin 75 illik yubileyi ümumşəhər bayramına çevrilib