Ərdoğan iyunun 13-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycana səfər edəcək.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə yeni dövrdə Türkiyə-Azərbaycan münasibətlərini yaxşılaşdıracaq digər əməkdaşlıq imkanları ilə yanaşı, cari beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

ƏvvəlkiAzərbaycanın veteran cüdoçuları Avropa çempionu oldular
NövbətiGüclü yağışlar nəticəsində Ankaranın bəzi hissələri su altında qalıb