Xaçmazda körpü dağılıb, Xudat və ətraf kəndlərlə əlaqə kəsilib, yaralananlar var

Qudyalçay çayının Xaçmaz şəhərindən keçən hissəsində avtomobil körpüsü tamamilə dağılıb.

“Report”un Şimal bürosunun məlumatına görə, ilkin ehtimala əsasən, hadisə nəticəsində “VAZ” markalı minik avtomobili çaya düşüb.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xəsarət alan 2 nəfəri sel sularından xilas edib.

Qeyd edək ki, Xudat şəhər və ətraf kəndlərin Xaçmaz şəhəri və Bakı istiqaməti ilə nəqliyyat əlaqəsi tam kəsilib.

ƏvvəlkiPaytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
NövbətiBakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə tarixinə yazılan şanlı səhifələrdəndir