ÜST-nin Azərbaycandakı nümayəndəliyinə beynəlxalq status verilib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinə beynəlxalq status verilib.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, beynəlxalq status verilənədək nümayəndəliyə Azərbaycan vətəndaşı olan şəxslər rəhbər təyin edilirdilər: “Amma beynəlxalq status verildiyi üçün artıq ÜST-nin Azərbaycan nümayəndəliyinə xarici ölkə vətəndaşları rəhbər təyin olunurlar”.

ÜST rəsmisi vurğulayıb ki, bu proseduru BMT müəyyən edib: “Yerli nümayəndəliyin üzərindən beynəlxalq status götürülməyənə qədər ona yalnız xarici ölkə vətəndaşları rəhbər təyin ediləcəklər. BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinə də beynəlxalq status verilib”.

ƏvvəlkiŞoyqu Rusiya və Türkiyə arasındakı memorandumu Suriyanın suverenliyini qorumağın yeganə yolu adlandırıb
NövbətiBakıda MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyası təsdiq edilib