Türkiyə, Misir və İsrail yaralıların çıxarılması üzrə koordinasiya qrupu yaradıb

Türkiyə, Misir və İsrail yaralıların Qəzza zolağından çıxarılması üzrə koordinasiya qrupu yaradıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “X” səhifəsində bildirib.

Onun sözlərinə görə, Misirdən olan həmkarları ilə danışıqlar aparıb.

Nazir Qəzzadakı Türkiyə-Fələstin Dostluq Xəstəxanasından onkoloji xəstələrin, ilk növbədə, uşaqların Misirdəki xəstəxanalara daşınması ilə bağlı əldə olunan razılaşmanı qeyd edib: “Türkiyənin tibb işçiləri misirli həmkarları ilə birlikdə Qəzzadan olan xəstələri müalicə edəcək. İkinci mərhələdə vəziyyəti buna imkan verən xəstələrin təyyarə ilə Türkiyəyə göndərilməsi planlaşdırılır”.

ƏvvəlkiAtatürkün xatirəsi Bakıda anılıb, fotosərgi keçirilib
NövbətiUkraynada müharibədə ölən, yaralanan və itkin düşən azərbaycanlıların sayı məlum olub