Türkiyə ilə BƏƏ arasında 50,7 milyard dollarlıq razılaşmalar imzalandı

Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əmıkdaşlıq üzrə 13 sənəd imzalanıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildiriblər.

Məlumata əsasən, razıalşamaların ümumi dəyəri 50,7 milyard dollardır.

Qeyd edilir ki, imzalanan sənədlər enerji, nəqliyyat, infrastruktur, logistika, elektron ticarət, maliyyə, səhiyyə, qida, turizm, daşınmaz əmlak, tikinti, müdafiə sənayesi, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələri əhatə edir.

ƏvvəlkiSəudiyyə Ərəbistanı və Türkiyə nüvə enerjisi sahəsində əməkdaşlığı müzakirə edib
NövbətiVolodimir Zelenski Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib