TBMM sədri: “Xarıbülbül artıq can Azərbaycanın bayrağı altında coşqu ilə açır”

“Ermənistan işğalından 28 il sonra azadlığına qovuşan Azərbaycanın mədəniyyət paytaxtı qədim şəhər Şuşadayıq”.

“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop tviterdə yazıb.

“Vətən bağının əsarət altındakı gülü xarıbülbül artıq can Azərbaycanın bayrağı altında coşqu ilə açır”, – siyasətçi qeyd edib.

Qeyd edək ki, bu gün İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransı iştirakçıları Şuşa şəhərində səfərdə olub. Mustafa Şəntop həmin səfər çərçivəsində Şuşada olub.

ƏvvəlkiAzərbaycan və Litva prezidentlərinin görüşü olub
NövbətiLitva Respublikasının Prezidenti Gitanas Nausedanın rəsmi qarşılanma mərasimi olub