Şüvəlanda istirahət edən şəxs bıçaqlanıb, 2 min avro pulu aparılıb

Şüvəlan çimərliyində insident olub.

“Report” xəbər verir ki, C.Bədəlov adlı şəxs dənizdə çimərkən sahildə olan paltarlarının cibindən pul oğurlandığının şahidi olub.

Oğurluq etmək istəyənlərə yaxınlaşan zaman iki nəfər naməlum şəxs C.Bədəlova bıçaqla xəsarət yetirərək onun cibində olan 2000 avro pulunu götürərək hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiBakıya gizli şəkildə 22 min dollardan çox pul gətirməyə çalışan sərnişin Krasnoyarskda saxlanılıb
Növbəti“Məişət zorakılığını yaradan səbəblər və onların aradan qaldırılmasına dəstək” layihəsi çərçivəsində dəyirmi masa keçirildi