Sabunçu rayonunda kişi meyiti tapılıb

Bakı şəhərinin Sabunçu rayonunda kişi meyiti tapılıb.

Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, yanvarın 18-i paytaxtın Sabuçu rayonunun Ləhiş bağları adlanan ərazisində yanmış kişi meyitinin tapılmasına dair məlumat daxil olub.

Meyitin 14 yanvar 2023-cü il tarixdə yaşadığı evdən çıxıb bir daha geri qayıtmamış 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.A. olması ehtimal edilir.

İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin özünü yandırmaqla intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

ƏvvəlkiVeteranlar 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər
NövbətiCeyhun Bayramov Yunanıstanın yeni səfirini qəbul edib