Şabranda iki avtomobil toqquşub, xəsarət alanlar var

Gəndob-Yalama yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun Şabran rayonunun Ağalıq kəndi ərazisindən keçən hissəsində “Mercedes” və “VAZ 21014” markalı avtomobillər toqquşub. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

ƏvvəlkiDİM: Sabahdan imtahan protokollarının emalına başlanılır
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 10 yoluxma faktı qeydə alınıb