Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 10 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 10 yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb, ölüm halı qeydə alınmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 658 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 292 nəfər müalicə olunaraq sağalıb, 10 min 268 nəfər vəfat edib. Aktiv xəstə sayı 98 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 737, bu günə qədər isə ümumilikdə 7 milyon 604 min 359 test icra olunub.

ƏvvəlkiŞabranda iki avtomobil toqquşub, xəsarət alanlar var
NövbətiMayın 14-də Azərbaycanda COVID-19 əleyhinə 79 doza vaksin vurulub