Rüstəm İbrahimbəyov vəfat edib

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyov 83 yaşında vəfat edib.

Bu barədə “Report”a Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov məlumat verib.

O bildirib ki, R.İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskvada dünyasını dəyişib: “Ailəsinin bizə verdiyi məlumata görə, kinorejissor Vətəndə dəfn olunacaq”.

Qeyd edək ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakıda anadan olub.

ƏvvəlkiBeynəlxalq olimpiadalara seçmə və sınaq imtahanları təşkil edilib
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 225 yoluxma faktı qeydə alınıb