Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsi hazırdır

Görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılış mərasimi olacaq.

“Report” xəbər verir ki, mərasim martın 10-da keçiriləcək.

Həmin tarixdə saat 12:00-da Birinci Fəxri Xiyabanda Xalq yazıçısının qəbirüstü abidəsinin açılışı baş tutacaq.

Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya İncəsənət Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalovdur.

Qeyd edək ki, R.brahimbəyov 2022-ci il martın 10-dan 11-nə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.

R. İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda anadan olub. Əsərləri əsasında 40-dan çox bədii filmlər və televiziya filmləri çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” şirkətinin və eyniadlı teatrın təsisçisi olub. 15 pyesi dünyanın 100-dən çox teatrında tamaşaya qoyulub.

ƏvvəlkiVyetnamın yeni prezidenti məlum olub
NövbətiBakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü işə başlayıb