Rüstəm İbrahimbəyovla vida mərasimi Nizami Kino Mərkəzində baş tutacaq

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi martın 16-da, saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Mərhum I Fəxri Xiyabanda dəfn olunacaq. R.İbrahimbəyov qardaşı mərhum Maqsud İbrahimbəyovun yanında torpağa tapşırılacaq.

Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib.

ƏvvəlkiŞuşa DYP rəisinin düşdüyü dəhşətli qəza ilə bağlı cinayət işi açıldı
NövbətiYəməndə yüksək rütbəli hərbçinin avtomobil karvanına hücum olub, ölənlər var