Yəməndə yüksək rütbəli hərbçinin avtomobil karvanına hücum olub, ölənlər var

Yəmənin cənubunda yerləşən Abyan vilayətində yüksəkrütbəli hərbçinin də olduğu avtomobil karvanına bomba yerləşdirilmiş nəqliyyat vasitəsilə hücum edilib.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, hücum nəticəsində iki hərbçi ölüb, digər ikisi isə ağır yaralanıb.

Yəmənin Cənub Silahlı Qüvvələrinin sözçüsü Məhəmməd əl-Naqib briqada generalı Əbdül Lətif əl-Sayedin sui-qəsddən sağ çıxdığını bildirib. Onun sözlərinə görə, avtomobil karvanına hücum edən iki şəxs zərərsizləşdirilib.

Hadisəni heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, Əbdül Lətif Əl-Sayed Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənən Cənub Keçid Şurasının hərbi qüvvələrinin Abyan vilayətindəki komandiridir.

ƏvvəlkiRüstəm İbrahimbəyovla vida mərasimi Nizami Kino Mərkəzində baş tutacaq
NövbətiPrezident İlham Əliyev ilə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub