Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

Yəmənin Ədən şəhərindən 111 dəniz mili cənub-şərqdə ticarət gəmisinə RPG tipli qumbaraatanla atəş açılıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi bildirib.

Məlumata görə, dörd silahlı şəxsin olduğu kiçik qayıq gəmiyə yaxınlaşaraq atəş açıb. Hadisə Yəmən sahilləri yaxınlığında digər yük gəmisinin hədəfə alınmasından bir neçə saat sonra baş verib.

Qurum insidentlə bağlı araşdırmalara başlanıldığını, hücumun təfərrüatları və cavabdeh tərəflərin müəyyənləşdirilməsi istiqamətində iş aparıldığını bildirib.

ƏvvəlkiXankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub
NövbətiABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib