Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir: slayd-şou nümayiş etdirildi

Mayın 31-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Çıxış edən Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar Mədəniyyət işçisi Rza Bayramov uşaqların bayramını təbrik edib.

Bədii hissədə məktəbin şagirdləri tərəfindən müxtəlif musiqi nömrələri səsləndirilib.

Tədbirdə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş slayd-şou nümayiş etdirilib..

Sonda qonaqlar üçün Niyazinin həyat və yaradıcılığı haqqında ekskursiya aparılıb.

ƏvvəlkiƏlcəzair Prezidenti Azərbaycanla neft və qaz sahəsində əməkdaşlıq memorandumunu təsdiq edib
NövbətiBakıda “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalının açılışı olub