ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, nazirliyin sosial şəbəkələrdə paylaşdığı təbrikdə Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin taleyüklü rolu xüsusi vurğulanıb.

“Azərbaycanlı bacı və qardaşlarımıza ən səmimi təbriklərimizi çatdırır, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq”, – deyə paylaşımda bildirilib.

ƏvvəlkiAzərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub
NövbətiXankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub