Birinci vitse-prezident Mehriban Əliyeva Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar onun ailəsinə başsağlığı verib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib.

AZƏRTAC paylaşımı təqdim edir: “Azərbaycan Respublikasının Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar onun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Onunla keçirilən görüşlərimizi hər zaman xatırlayacağam. Allah rəhmət eləsin”.

ƏvvəlkiQubada İnsan alverinə qarşı mübarizəyə dəstəklə bağlı təlim keçirilib
NövbətiAzərbaycan güləşçisi erməniyə qalib gələrək Avropa çempionu olub