Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib

İyunun 5-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandasını təbrik edib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Birinci vitse-prezidentin rəsmi instaqram hesabında paylaşım edilib.

“Avropa çempionatının qalibi olan Azərbaycan minifutbol yığmasını təbrik edir, milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”, – deyə paylaşımda bildirilib.

ƏvvəlkiXİN Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmilərə hücumla bağlı açıqlama yayıb
NövbətiXİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı