Beynəlxalq olimpiadalara seçmə və sınaq imtahanları təşkil edilib

Biologiya fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlər arasında növbəti sınaq imtahanı keçirilib. Həmçinin Avropa Qızlar Riyaziyyat Olimpiadasına seçmə imtahanı, eləcə də yuxarı və aşağı yaş qrupları üzrə səviyyə müəyyən etmə imtahanı təşkil olunub.

Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan bildirilib. Yoxlama, şagirdlərin iştirakı ilə yazı işlərinə baxış prosesi (koordinasiya) yekunlaşdıqdan sonra imtahanların nəticələri elan ediləcək.

ƏvvəlkiAzərbaycan ilə İran arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər var
NövbətiRüstəm İbrahimbəyov vəfat edib