Rəfiqə Şabanova Fəxri Fərmanla təltif edilib

Azərbaycanın tanınmış həndbolçusu Rəfiqə Şabanova Fəxri Fərmanla təltif edilib.

Azərbaycan Həndbol Federasiyasından “Report”a verilən məlumata görə, olimpiya çempionu 80 yaşının tamam olması münasibətilə qurumun prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovla görüşdə buna layiq görülüb.

S.Məmmədov yubilyara xoş sözlərini çatdırıb, ona can sağlığı arzulayıb. Sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, Rəfiqə Şabanova SSRİ millisinin heyətində 1976-cı ildə keçirilən Monreal Olimpiadasının qızıl medalına yiyələnib. O, 1983-cü ildə Beynəlxalq Həndbol Federasiyası Kubokunu qazanıb. Dəfələrlə SSRİ çempionatının gümüş və bürünc mükafatçısı olan R.Şabanova SSRİ Xalqlarının Spartakiadasının gümüş medallarını da qazanıb.

ƏvvəlkiGələn il müəllimlərin və direktorların maaşı artırılacaq
NövbətiPrezident İlham Əliyev Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanını qəbul edib