Bakı həndbol üzrə Avropa çempionatının təsnifat turnirinə ev sahibliyi edəcək

Kişi həndbolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirinə Bakı ev sahibliyi edəcək.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, təsnifat turnirində millimiz ilə yanaşı, Böyük Britaniya, Kipr və Malta yığmaları da mübarizə aparacaqlar.

Millimiz ilk oyununu yanvarın 13-də Malta seçməsinə qarşı keçirəcək. Həndbolçularımız ertəsi gün Böyük Britaniya, ayın 15-də isə Kipr yığmaları ilə güclərini sınayacaqlar.

ƏvvəlkiLaçın-Xankəndi yolu: Aksiya iştirakçılarının tələbləri cəmiyyətin haqlı narazılığının ifadəsidir
NövbətiBakıda Birinci Turan Kitab Festivalı təşkil olunacaq