Qusarda şəhid Ramin Nurəhmədovun ailəsi ziyarət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Qusarda şəhid Ramin Nurəhmədovun ailəsini ziyarət edib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ziyarət zamanı şəhidin vətənpərvərliyindən və keçdiyi şərəfli döyüş yolundan danışılıb.

Şəhidin ailəsi zəruri sosial dəstək tədbirləri ilə əhatə olunub, ailəyə sosial ödənişlər təyin edilib. Şəhid Ramin Nurəhmədovun xatirəsinin daim əziz tutulacağı, ailənin bundan sonra da qayğı ilə əhatə olunacağı qeyd olunub. 2020-ci il noyabrın 2-də şəhidlik zirvəsinə ucalan Ramin Qusar rayonunda torpağa tapşırılıb. Onun 2 övladı yadigar qalıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamları ilə o, ölümündən sonra “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və ”Vətən uğrunda” medalları ilə təltif edilib.

ƏvvəlkiAzərbaycanda bu ilin sonunadək daha 50 kənd və yaşayış məntəqəsi qazlaşdırılacaq
NövbətiHavay cənnət adasından cəhənnəmə çevrilir